Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Komitədə tədbir keçirilmişdir

08 may 2015

Mayın 7-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözüylə Komitənin sədri Abbas Ələsgərov açdıqdan sonra geniş məruzəylə çıxış üçün sözü Komitənin Aparatının rəhbəri Elmar Hüseynzadəyə verdi.

E.Hüseynzadə Ulu Öndərin həyat və fəaliyyəti, keçdiyi ömür yolundan bəhs edən çıxışında qeyd etdi ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər idi. Ümummilli Liderin sayəsində qazandığımız uğurların əsası 46 il əvvəl - 1969-cu ildə qoyulmuşdu. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə digər sahələrdə olduğu kimi tikinti, şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlayır. Bu dövrdə respublikamızda bir sıra nəhəng tikililər inşa edilmişdir. Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir.

E.Hüseynzadə həmçinin vurğuladı ki, dövlət müstəqilliyimizin ilk dövründə acı günlərini yaşayan Azərbaycan xalqı ölkədə yaranmış xaosdan və anarxiyadan, dərinləşən böhrandan və dövlətin parçalanmasından çıxış yolunu Ulu Öndər Heydər Əliyevdə görürdü. Bu mənada Dahi Öndərin ikinci dəfə ölkəmizə rəhbərliyə başlaması Azərbaycanın dövlətçilik tarixində ən şərəfli səhifələrdən biridir.

Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinə əsaslanan xarici siyasi kursundan, Ermənistan-Azərbaycan Dağıq Qarabağ münaqişəsiylə bağlı atdığı addımlardan, uğurlu neft strategiyasından, demokratik-hüquqi dövlət quruculuğundan və insan hüquqları sahəsində gördüyü işlərdən danışan E.Hüseynzadə bildirdi ki, Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratmışdır. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır.

Tədbirdə çıxış edən Komitənin kollegiya katibi-baş məsləhətçi Oktay Salamov Ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən və Ulu Öndərin gənclərə qayğısıyla bağlı xatirələrindən danışdı.

Sonra Komitənin sədri A.Ələsgərov Ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətlərinin çox olduğunu qeyd etdi və əlavə etdi ki, Heydər Əliyevin 1969-ci ildə Azərbaycan rəhbərliyinə gələn zaman ilk olaraq şəhərsalma məsələlərini diqqət mərkəzində saxlaması nəticəsində Bakı şəhərinin baş planının işlənməsinə başlanılmış və çoxsaylı maneələrə baxmayaraq 1987-ci ildə Bakı şəhərinin baş planı təsdiq edilmişdir.

Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışan A.Ələsgərov bildirdi ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra şəhərsalma məsələlərinə yenidən diqqət artdı və 1999-cu ildə Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.




geriyə