Dövlət şəhərsalma nəzarəti üzrə işlər davam etdirilir

04 may 2015

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentininin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanınına uyğun olaraq 2015-ci ilin 30-31 mart tarixlərində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonlarının icra hakimiyyətlərinə icrası məcburi olan əsaslandırılmış “göstəriş” ünvanlanmışdır.

Həmin “göstəriş”ə əsasən, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı, ərazinin tikinti və tikinti sıxlığı əmsalına dair şəhərsalma normalarını pozmuş aşağıda göstərilən inşasına yeni başlanmış tikintilər üzrə tədbir görülməsi və bu barədə Komitənin məlumatlandırılması tapşırılmışdır.

Eyni zamanda həmin tikintiləri layihələndirən layihəndirmə təşkilatlarına xəbərdarlıq edilmişdir ki, şəhərsalma normalarının pozulması üzrə analoji xətaların təkrarlandığı təqdirdə layihələndirmə işlərinə dair lisenziyaları dayandırılacaqdır.

 

                                                     Yoxlanılmış tikinti obyektinin

adı və ünvanı

sifarışçisi

layihəçisi

1

2

3

4

 

Bakı şəhəri

 

 

1

 

Nizami rayonu, 2539-cu məhəllə, Ə.Əzimzadə, R.Rüstəmov 23 və K.Balakişiyev 46 küçələrinin kəsişməsində, 16 mərtəbəli yaşayış binası

"FVS-İnşaat" MMC

"Kon-Lay Projekt" MMC

2

Yasamal rayonu, Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində, çoxmərtəbəli yaşayış binası

"De-Luks" MTK

"ARCHİ-CO" MMC

3

Nərimanov rayonu, 945-ci məhəllə, Ak. Həsən Əliyev küçəsində yüksək mərtəbəli yaşayış binası

"Nehrəm" Holdinq

"Kon-Lay Projekt" MMC

4

Nərimanov rayonu, N. Yusifbəyli küçəsində 23 mərtəbəli yaşayış binası

"REAL" MTK

"GENTECHS" MMC

5

Nizami rayonu,Q.Qarayev prospekti, Ə Hacıyev, T. Abbasov və A. Manafov küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binaları kompleksi

"Orbita" MTK

 "Arxin-M LTD" MMC

6

Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi. 24G və 24F saylı ünvanlarda çoxmərtəbəli yaşayış binaları

"Körpü-Bina -Tikinti" MMC

"Kon-Lay Projekt" MMC

7

Nizami rayonu, Bəkir Çobanzadə, A. Hacıyev, Məhsəti Gəncəvi və Nəsimi küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binaları kompleksi

"Orbita" MTK

 "Arxin-M LTD" MMC

8

Yasamal rayonu, Yeni Yasamal-1, Xarici dairəvi küçəsində 10 mərtəbəli yaşayış binası

"AMK-Yasamal" MMC

"FENİKS-AA" MMC

 

Sumqayıt şəhəri

 

 

1

6-cı mikrorayon, 25-27 saylı yaşayış binalarının qarşısında 7 bloklu 14 mərtəbəli yaşayiş binası

"Yusif-2014" MTK

"Kon-Lay Projekt" MMC

2

16-cı mikrorayonda, İ.Qayıbov küçəsində 2 bloklu, 16 mərtəbəli yaşayış binası

"Bakı-XXI BM" MTK

"Ayan-A" MTK

3

18- mikrorayon, Niyazi küçəsində, 2 bloklu 16 mərtəbəli yaşayış binası

"NEW SİTY" MTK

"Memar-F.R." MMC

4

Səməd Vurğun (H.Salayev) küçəsində, 1 bloklu 2 ədəd 12 mərtəbəli yaşayış binaları

"Polad-2008" MTK

 "Arxin-M LTD" MMC

5

Səməd Vurğun (H.Salayev) küçəsində, 5 ədəd 12 mərtəbəli (+ texniki mərtəbə) yaşayış binaları

"Kristal Abşeron" MTK

"Ayan-A Yaradıcılıq-İstehsalat" MTK

 

Abşeron rayonu

 

 

1

Masazır qəsəbəsi, Duz zavodu yolunda "Rahat Nəfəs yaşayış kompleksi

"YUSİF.A .İnşaat" MMC

"Arxitektura və Dizayn" MMC

2

Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 1 saylı ünvanda "Yeni Masazır-A" yaşayış kompleksi

"Yeni Masazır-A" MTK

"Nigel" MMC

3

Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə H.Əliyev küçəsinin kəsişməsində, ("Qafqaz" Universiteti istiqamətində Xırdalan şəhərinin girişidə) 3 girişli 12 mərtəbəli yaşayış binası

"F.İ.P" MMC

"Arxitektura və Dizayn"  MMC

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əli İbrahimov,

DŞAK-nin Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini




geriyə