Şəhərsalma və tikintiyə dair yeni normativ sənədlər qüvvəyə minmişdir

29 aprel 2015

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2015-ci il 15 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş aşağıda qeyd olunan texniki normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və 2015-ci il 24 aprel tarixdən respublika ərazisində qüvvəyə minmişdir:

1.AzDTN 2.18-1.“Polad konstruksiyaları. Layihələndirmə normaları”

2.AzDTN 2.19-1. “Ağac konstruksiyaları. Layihələndirmə normalaları”

3.AzDTN 2.1-1. “Yüklər və təsirlər”

4.AzDTN 2.16-1. “Beton və dəmir-beton konstruksiyaları. Layihələndirmə normaları”

5.AzDTN 2.22-1 “Dam örtükləri. Layihələndirmə normaları”

6.AzDTN 2.15-1 “Bina və qurğuların qrunt əsasları”

7.AzDTN 2.15-2 “Svay bünövrələri. Layihələndirmə normaları”

Yuxarıda adıçəkilən texniki normativ hüquqi aktlar qüvvəyə mindiyi tarixdən aşağıda qeyd olunan Dövlət Tikinti Normalarının respublika ərazisində hüquqi qüvvəsi dayandırılmışdır:

1. SSRİ Dövlət Tikinti Komitəsinin 1981-ci il 14 avqust tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП II-23-81* «Стальные конструкции»;

2. SSRİ Dövlət Tikinti Komitəsinin 1980-ci il 18 dekabr tarixli 198 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП II-25-80 «Деревянные конструкции»;

3. SSRİ Dövlət Tikinti Komitəsinin 1985-ci il 29 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП 2.01.07-85 «Нагрузки и воздействия»;

4. SSRİ Dövlət Tikinti Komitəsinin 1984-cü il 20 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП 2.03.01-84* «Бетонные и железобетонные конструкции»;

5. SSRİ Dövlət Tikinti Komitəsinin 1976-cı il 31 dekabr tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП II-26-76 «Кровли»;

6. SSRİ Dövlət Tikinti Komitəsinin 1985-ci il 20 dekabr tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП 2.02.03-85 «Свайные фундаменты».

7. SSRİ Dövlət Tikinti Komitəsinin 1983-ci il 05 dekabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП 2.02.01-83* «Основания зданий и сооружений».

Qüvvəyə minmiş texniki normativ hüquqi aktların mətnləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında (www.arxkom.gov.az) yerləşdirilmişdir.

 

 



geriyə