Şəhərsalma kadastrı üzrə işlər genişlənir

29 aprel 2015

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətlərindən biri kimi respublika səviyyəsində dövlət şəhərsalma kadastrını yaratmaq və aparmaqdır.

Şəhərsalma kadastrının yaradılmasının başlıca məqsədlərindən biri şəhərsalma fəaliyyəti həyata keçirilən zaman ərazinin kompleks idarə olunması və tənzimlənməsində, tikintiyə icazə verilməsi və onun istismara qəbulu prosedurlarında aşkarlığın, şəffaflığın, vahid pəncərə sisteminin təmin edilməsi şərti ilə müvafiq qərarların qəbul edilməsində istifadə edilən və lazım gəldikdə istifadəçilərə təqdim edilən toplanılmış, qeydiyyatdan keçirilmiş, mühafizə olunan şəhərsalma kadastr məlumatlarından ibarət müvafiq dövlət informasiya sisteminin yaradılmasıdır.

Bu məqsədlə 2013-cü ildə respublikada ilk dəfə olaraq pilot layihə kimi Şirvan şəhərinin şəhərsalma kadastrının yaradılmasına başlanılmışdır.

Komitə tərəfindən şəhərsalma kadastrının aparılması və yaradılması üzrə işlər daha da genişləndirilmiş və 2015-ci ildən Gəncə şəhərində də şəhərsalma kadastrının yaradılmasına başlanılmışdır.

Hər iki şəhər üzrə işlər “İnteqris” MMC (Litva Respublikasının “HNİT-BALTİC” QSC və “Vilniaus planas” bələdiyyə müəssisəsi ilə birlikdə) tərəfindən həyata keçirilir.




geriyə