Beş şəhərin baş planı təsdiq edilmişdir

29 aprel 2015

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış növbəti beş şəhərin baş planı təsdiq olunmuşdur.

2011-2012-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müvafiq layihə təşkilatları arasında bağlanmış müqavilələr əsasında işlənilməsinə başlanımış Balakən, Siyəzən, Yardımlı, Zərdab və Zaqatala şəhərlərinin baş planları tamamlanaraq aidiyyəti təşkilatlarla razılaşdırıldıqdan sonra yerli icra hakimiyyətləri tərəfindən təsdiq olunmuşdur.

Təsdiq olunmuş baş planlar, o cümlədən digər şəhərlərin mövcud və işlənməkdə olan baş planları barədə məlumatlar Komitənin rəsmiarxkom.gov.az saytında yerləşdirilmişdir.

Eyni zamanda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Ağcəbədi, Göyçay, Salyan, Xaçmaz və Şəmkir şəhərlərinin baş plan layihələrinin işlənməsinə başlanmışdır.




geriyə