Xəbərlər

26 aprel 2019

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırdı

2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlamaq cəhdləri barədə kollektiv şikayət Komitəyə daxil olmuşdur....

19 aprel 2019

“Bir pəncərə” sistemi vasitəsi ilə bəzi tikinti obyektlərinin tikintisinə və istismarina icazə almaq mümkündür: ilkin nəticələr

Aprelin 18-də Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birgə mətbuat konfransı keçirilib....

12 aprel 2019

Bakı şəhərinin Baş planını Almaniyanın “AS+P” şirkəti hazırlayacaq

Beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üzrə açıq tender başa çatdı. Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinə start verildi....

12 aprel 2019

Генеральный план города Баку будет разрабатываться немецкой компанией “AS+P”

Подведены итоги открытого тендера по выбору международной градостроительной компании. Запущен 2-ой этап процесса разработки Генерального плана Баку....

10 aprel 2019

Hörmətli inşaatçılar!

Sizi peşə bayramınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, ölkəmizin tərəqqisi naminə tutduğunuz bu çətin və zəhmətli yolda böyük uğurlar arzulayırıq!...

05 aprel 2019

Dövlət komitəsində gənclərə şəhərsalma və memarlıq sahəsinin incəlikləri aşılanır

4 aprel 2019-cu il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Şəhərin gələcəyini birlikdə yaradaq” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup aktiv tələbələri ilə görüş keçirilib....

07 mart 2019

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Həmkarlar İttifaqı təşkilatı təsis olundu

22 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və tabeliyində olan təşkilatların işçilərinin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı təsis edilmişdir. Yaradılmış Həmkarlar İttifaqı Təşkilatının fəaliyyəti qurumun rəhbərliyi və əməkdaşları arasında işgüzar münasibətlərin möhkəmlənməsinə, işçilərin sosial-iqtisadi problemlərinin operativ və səmərəli həllinə, onların əməyinin və sağlamlığının mühafizəsinə, istirahətlərinin və asudə vaxtlarının təşkilinə xidmət edəcəkdir....

21 fevral 2019

Bəzi tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün elektron müraciət sisteminin təqdimatı keçirildi

21 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri üzrə ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün elektron müraciət sisteminin təqdimatı keçirildi. Elektron müraciət sisteminin təqdimatı Real TV-nin efirində birbaşa yayımlanmışdır....

19 fevral 2019

Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman imzalamışdır. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərinə xidmət edir və həmin binaların istismarına icazə prosedurunu müəyyənləşdirir. ...

18 fevral 2019

Azərbaycan təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan Özbəkistan Respublikasının nümayəndə heyətinin ilk görüşü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirildi

18 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Özbəkistan Respublikasının Tikinti nazirinin müavini Erkin İskandarovu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikasının şəhərsalma və tikinti sahəsində təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olan nümayəndə heyətinin tərkibinə Özbəkistan Respublikasının Tikinti Nazirliyinin rəsmiləri ilə yanaşı, ölkənin Nazirlər Kabinetinin, Baş Prokurorluğunun nümayəndələri və bir neçə iri dövlət şirkətlərinin rəhbərləri daxildir ...

15 fevral 2019

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Avropa İttifaqının ekspert missiyası çərçivəsində şəhərsalma üzrə seminar keçirildi

13-14 fevral tarixlərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (“TAIEX”) aləti çərçivəsində Bakıda səfərdə olan ekspert missiyasının iştirakı ilə seminar təşkil olunmuşdur....

15 fevral 2019

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Könüllülük fəaliyyəti haqqında ELANI

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Könüllülük fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyətinə start verilmişdir. Hərəkatın əsas məqsədi könüllü gəncləri müxtəlif layihələrə cəlb etməklə ictimai faydalı fəaliyyətə yönəltmək, Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müxtəlif sahələr üzrə vətəndaşlara xidmət göstərilməsi vərdişlərinə, iş təcrübəsinə yiyələnmələrini təmin etməkdir. Maraq göstərən gənclər Komitədə vətəndaşlara xidmət, sənədlərlə iş və digər sahələrdə könüllülük fəaliyyətinə dəvət edilirlər....

14 fevral 2019

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısında Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün elektron müraciət sistemi təqdim olundu

Elektron Hökumətin İnkişafı Mərkəzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib. Toplantıda “Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün elektron müraciət sistemi” və “Elektron kənd təsərrüfatı sistemi”nin təqdimatları olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud tikintiyə icazə üçün onlayn müraciət sisteminin Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli müvafiq Fərmanı əsasında hazırlandığını bildirib. Sistem Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb. ...

25 yanvar 2019

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib

24 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev ölkə rəhbərliyinin tapşırıqlarına əsasən son dövrdə şəhərsalma sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və Komitə tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verdi. ...

25 yanvar 2019

Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirildi

25 yanvar 2019-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhəri üzrə tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirildi. Bu elektron müraciət sistemi “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanmışdır...

18 yanvar 2019

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

18 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi və kollektiv üzvləri, millət vəkilləri iştirak etdilər...

15 yanvar 2019

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Memarlar İttifaqı ilə əməkdaşlığı genişləndirir

15 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan Memarlar İttifaqının bir qrup üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Komitə və İttifaq arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə memarlıq və şəhərsalma problemləri və digər aktual məsələlərlə bağlı ətraflı müzakirələr aparılmışdır...

21 dekabr 2018

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev ASAN Radionun “QəbuldASAN” verilişinin qonağı oldu

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev ASAN Radionun “QəbuldASAN” verilişinin qonağı oldu. Verilişdə Komitə tərəfindən Bakının baş planının ilkin mərhələsinin başa çatması, bu mərhələdə formalaşdırılan konseptual yanaşmalar açıqlanıb. Həmçinin dövlət başçısının qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı tapşırığının icrası barədə məlumatlar verilib. ...

20 dekabr 2018

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Baş Prokurorluğunun BİRGƏ MƏLUMATI

Məlumat verildiyi kimi, tikinti sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir....

14 dekabr 2018

Bakı şəhərinin baş planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırıldı, beynəlxalq şəhərsalma şirkətini seçmək üçün açıq tender elan edildi

Paytaxtın Baş planının əsasını təşkil edəcək konseptual yanaşma və inkişaf prioritetləri müəyyən edilib ...




geriyə