• ƏRAZİ PLANLAŞDİRMA LAYİHƏLƏRİ

    /

    BAXMAQ

  • Memarlıq

    /

    BAXMAQ

Xəbərlər

15 fevral 2019

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Avropa İttifaqının ekspert missiyası çərçivəsində şəhərsalma üzrə seminar keçirildi

13-14 fevral tarixlərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (“TAIEX”) aləti çərçivəsində Bakıda səfərdə olan ekspert missiyasının iştirakı ilə seminar təşkil olunmuşdur....

15 fevral 2019

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Könüllülük fəaliyyəti haqqında ELANI

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Könüllülük fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyətinə start verilmişdir. Hərəkatın əsas məqsədi könüllü gəncləri müxtəlif layihələrə cəlb etməklə ictimai faydalı fəaliyyətə yönəltmək, Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müxtəlif sahələr üzrə vətəndaşlara xidmət göstərilməsi vərdişlərinə, iş təcrübəsinə yiyələnmələrini təmin etməkdir. Maraq göstərən gənclər Komitədə vətəndaşlara xidmət, sənədlərlə iş və digər sahələrdə könüllülük fəaliyyətinə dəvət edilirlər....

14 fevral 2019

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısında Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün elektron müraciət sistemi təqdim olundu

Elektron Hökumətin İnkişafı Mərkəzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib. Toplantıda “Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün elektron müraciət sistemi” və “Elektron kənd təsərrüfatı sistemi”nin təqdimatları olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud tikintiyə icazə üçün onlayn müraciət sisteminin Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli müvafiq Fərmanı əsasında hazırlandığını bildirib. Sistem Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb. ...

bütün xəbərlər

Elanlar


14 dekabr 2018

TENDER ELANI

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” 27 iyun 2018-ci il tarixli 256 nömrəli Sərəncamının icrası ilə əlaqədar “Bakı şəhərinin Baş planının hazırlanması” işlərinin satın alınması məqsədilə açıq tenderə təkliflər təqdim etməyə dəvət edir....

25 iyun 2018

BİLDİRİŞ

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “2018-ci il ərzində Komitənin aparatı üçün tələb olunan inventarların satın alınması” üzrə...

24 may 2018

BİLDİRİŞ

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2018-ci il ərzində Komitənin aparatı üçün tələb olunan inventarların satın alınması üzrə “kotirovkalar sorğusu” keçirir...

bütün elanlar