AÇIQ TENDER ELAN

09 sentyabr 2019

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması” işlərinin satın alınması üzrə aşağıdakı lotlardan ibarət açıq tender keçirir:

Lot 1. “Şəhərsalma və tikinti fəaliyyətinin vahid elektron məlumat sisteminin yaradılması”;

Lot 2. “Şəhərsalma və tikinti fəaliyyətinin idarədaxili informasiya sistemlərinin yaradılması”

Hər iki lot üzrə tələb olunan işlər müəyyən olunmuş qrafik əsasında 6 ay ərzində hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməlidir. 

Görüləcək işlərin tərkibi və həcmi haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilmişdir.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq tenderin əsas şərtlər toplusunu bir lot üçün 500 (beş yüz) AZN məbləğində iştirak haqqını aşağıda qeyd olunmuş hesaba ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı (PORTAL) vasitəsilə əldə edə bilərlər.

 

VÖEN: 1400032621

Hesab№  AZ73CTRE00000000000002278501

Bankın rekvizitləri:

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir Hesab № AZ41NABZ01360100000000003944

S.W.İ.F.T. BİK. CTREAZ22

Təsnifat kodu: 142340

Səviyyə kodu: 7

 

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Müqaviləni yerinə yetirmək üçün iddiaçının texniki və maliyyə imkanlarının, işçi qüvvəsi və onların peşəkarlığının, idarəetmə səriştəsinin, satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması, vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması tələb olunur.

Lot 1 üzrə: Müvafiq sahədə beş ildən artıq iş təcrübəsinin, ölkədaxili kadastr informasiya sistemlərinin yaradılması və tətbiq edilməsi və WEB üzərindən Korporativ Coğrafi Məlumat Sistemlərinin hazırlanması sahəsində iş təcrübəsinin və son beş ildə azı bir analoji işi yerinə yetirmiş olmasına üstünlük verilir.

Lot 2 üzrə: Müvafiq sahədə iki ildən artıq iş təcrübəsinin, maliyyə hesabatı və təchizat, insan resurslarının idarə edilməsi, elektron arxiv və elektron sənəd dövriyyəsi modullarının tətbiqi sahəsində iş təcrübəsinin və son iki ildə azı bir analoji işi yerinə yetirmiş olmasına üstünlük verilir.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər 23 sentyabr 2019-cu il tarixində yerli vaxtla saat 18:00-dək aşağıda qeyd edilmiş sənədləri PORTAL vasitəsilə və kağız daşıyıcıda Komitəyə təqdim etməlidirlər:

1. tenderdə iştirak etmək üçün ərizə;

2. iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (əsli);

3. iştirakçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4. iştirakçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

5. iştirakçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

6. iştirakçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamasına dair müvafiq rayon vergilər idarəsi tərəfindən verilmiş arayış;

7. müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış.

İddiaçılar 03 oktyabr 2019-cu il tarixində yerli vaxtla saat 18:00-dək:

1. texniki və maliyyə təkliflərindən ibarət tender təklifini (qüvvədə olma müddəti zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü olmalıdır);

2. tender təklifi qiymətinin 1 %-i həcmində bank təminatını (qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır)  PORTAL vasitəsilə,  eyni zamanda əsli və surəti olmaqla imzalanmış və möhürlənmiş ikiqat zərfdə Bakı şəhəri, Füzuli küçəsi, 65 ünvanında yerləşən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etməlidirlər.

İddiaçı öz tender təklifində satınalma müqaviləsi ilə əlaqədar tətbiq olunacaq bütün növ vergilər və digər ödənişləri (ƏDV daxil olmaqla) nəzərə almalıdır.

İddiaçılar bu tenderin əsas şərtlər toplusunda göstərilmiş keyfiyyət və qiymət seçim üsuluna (KQS) əsasən seçiləcəkdir. İddiaçıların təklifinin qiymətləndirilməsi zamanı satınalan təşkilat yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edəcəkdir.

İddiaçıların tender təklifləri olan zərflərin açılışı 04 oktyabr 2019-cu il tarixində yerli vaxtla saat 16:00-da Bakı şəhəri, Füzuli küçəsi, 65 ünvanında, Komitənin iclas zalında Tender komissiyasının iclasında PORTAL üzərindən keçiriləcəkdir.

İddiaçılar açılışın nəticələri ilə PORTAL vasitəsilə tanış ola bilərlər.

Əlavə məlumat almaq üçün (012) 493-34-67 (daxili 182) nömrəli telefonla əlaqələndirici şəxs Elçin Kazımlıya müraciət oluna bilər.

 

 

 

Tender komissiyası

 




geriyə