NUFA3-də şəhərsalma həvəskarları “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” mövzusu ilə bir araya gəlir!
III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, UN-Habitat və NAYORA-nın birgə təşkilatçılığı ilə şəhərsalma və memarlıq sahəsinin həvəskarları, tələbələr, gənc mütəxəssislər üçün “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” mövzusunda lektoriya keçiriləcək.
Tədbirdə iqlimədavamlı və sağlam şəhərlərin qurulmasında gənclərin rolu, şəhərsalma innovasiyaları və rəqəmsal həllərin inteqrasiyası, həmçinin planlaşdırma proseslərində institusional iştirakı kimi mövzular işıqlandırılacaq.
Mühazirəçilərimiz kimlərdir?
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı
• Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova
• Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli
• BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Təbliğat və tədbirlər üzrə məsləhətçisi Məleykə Tağızadə
Bu təcrübəyə qoşulmaq və bu dialoqun bir hissəsi olmaq üçün qeydiyyat formasını doldurun: https://bitly.cx/tozW
📍 Bakı şəhəri, Baku Marriott Hotel Bulvarı
📅 17 oktyabr, saat: 11:00
Bütün xəbərlər