
Komitə sədri Anar Quliyev Ucar, Zərdab, Kürdəmir, Ağdaş və Göyçay rayon sakinlərinin müraciətlərini dinləmək üçün Ucar şəhərinə səfər edib
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Vətəndaşların torpaq münasibətləri, tikintiyə icazələrin verilməsi və şəhərsalma məsələləri ilə bağlı sualları cavablandırılıb, qaldırılan məsələlərin bir çoxu yerində həllini tapıb.