Komitə sədrinin növbəti vətəndaş qəbulu Biləsuvar şəhərində keçiriləcək
Komitə sədri Anar Quliyev 15 aprel 2026-cı il tarixində Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Cəlilabad, Salyan və Neftçala rayonlarından olan sakinləri qəbul edəcək.
Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Biləsuvar şəhərində baş tutacaq.
Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 578, 599, 163) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.