Anar Quliyev XIII Qlobal Bakı Forumunda WUF13 üçün perspektivlərdən danışıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev XIII Qlobal Bakı Forumunda “Mənzil təminatı üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusuna həsr olunmuş sessiyada çıxış edib.
Sessiyada əsasən mənzil əlçatanlığı, sürətli urbanizasiya şəraitində inklüziv və davamlı şəhərlərin inkişafı, eləcə də bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Anar Quliyev çıxışında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma təcrübəsini bölüşüb. Bildirib ki, həmin ərazilərdə “daha yaxşı yenidənqurma” prinsipi əsasında dayanıqlı və “ağıllı” şəhərlər salınır, sakinlərin təhlükəsiz və mərhələli qayıdışı təmin olunur.
Qeyd olunub ki, bu təcrübə Bakıda keçiriləcək WUF13 çərçivəsində aparılacaq qlobal müzakirələrə mühüm töhfə verəcək.
Bütün xəbərlər