Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartı təqdim olunub
AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartı təqdim olunub

Martın 18-də AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartının təqdimatı keçirilib. Bu, tədbirlərin təşkilində ekoloji, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və şəhərlərimizin 11-ci Dayanıqlı İnkişaf Məqsədinə (SDG11) uyğun olaraq dayanıqlı inkişaf yanaşmalarının təşviqi istiqamətində növbəti mühüm addımdır.

 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, WUF13 Azerbaijan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, eləcə də İqtisadiyyat Nazirliyinin, Azərbaycan Standartlaşdırma İnstitutunun və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

 

AZS ISO 20121 standartı Azərbaycanda tədbirlərin davamlı idarə olunması prinsiplərinin sistemli tətbiqi üçün möhkəm zəmin yaradır. WUF13 Azerbaijan çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən beynəlxalq standartlar əsasında hazırlanmış sənəd ilk dəfə milli standartlaşdırma sisteminə uyğunlaşdırılıb. Bu yanaşma ölkənin beynəlxalq tədbirlərin təşkili sahəsində potensialını gücləndirir və tədbirlərin daha məsuliyyətli, səmərəli və davamlı şəkildə idarə olunmasına şərait yaradır.



Bütün xəbərlər