Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Komitə sədri Anar Quliyev Nayrobi şəhərində keçirilən 2-ci Afrika Şəhərsalma Forumunun (AUF2) açıl...
Komitə sədri Anar Quliyev Nayrobi şəhərində keçirilən 2-ci Afrika Şəhərsalma Forumunun (AUF2) açılış mərasimində çıxış edib
Komitə sədri Anar Quliyev Nayrobi şəhərində keçirilən 2-ci Afrika Şəhərsalma Forumunun (AUF2) açılış mərasimində çıxış edib

Forum dayanıqlı şəhərlərin gələcəyini formalaşdıran liderləri və mütəxəssisləri bir araya gətirən mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. Tədbirdə Keniya rəhbərliyinin Zati-aliləri Uilyam Rutonun iştirakı da daxil olmaqla yüksək səviyyəli təmsilçilik, eləcə də hökumətlər və beynəlxalq tərəfdaşların fəal iştirakı bir daha təsdiq edir ki, əlverişli mənzil və dayanıqlı şəhər inkişafı qlobal gündəliyin əsas prioritetlərindəndir.

 

Çıxış zamanı Anar Quliyev Azərbaycanın bu istiqamətdə həm beynəlxalq əməkdaşlıqdan, həm də milli təcrübəsindən istifadə edərək bu prioritetlərinin bu ilin may ayında Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) davam etdiriləcəyini bildirib.



Bütün xəbərlər