Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Komitə sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstan Respublikasına işgüza...
Komitə sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstan Respublikasına işgüzar səfəri davam edir
Komitə sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstan Respublikasına işgüzar səfəri davam edir

Fevralın 12-də səfər çərçivəsində Komitə sədri Anar Quliyev Veliko Tırnovo şəhərinin meri Daniel Dimitrov Panov ilə görüşüb.

 

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun da iştirak etdiyi görüşdə şəhərsalma və memarlıq sahəsində əməkdaşlıq perspektivləri, tarixi şəhər mühitinin qorunması və müasir ictimai məkanların yaradılması istiqamətində təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Tərəflər qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi, Azərbaycan və Bolqarıstan şəhərləri arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

Anar Quliyev cari ilin may ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) qlobal şəhər gündəliyinin müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirərək, həmkarını bu mötəbər tədbirdə iştirak üçün Bakıya dəvət edib.



Bütün xəbərlər