Anar Quliyev AUF2 çərçivəsində Anaklaudia Rossbax ilə görüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nayrobidə başlamış 2-ci Afrika Şəhərsalma Forumu çərçivəsində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax ilə səmərəli görüş keçirib.
Görüş zamanı 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq işləri müzakirə edilib. Forumun başlamasına 39 gün qaldığı və bu günə qədər 16 000-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qeyd edilib.
All news