Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Master plan of Baku
  • Komitə sədri Anar Quliyev Bolqarıstana səfəri çərçivəsində paytaxt Sofiya şəhərində Bolqarıstan Re...
Komitə sədri Anar Quliyev Bolqarıstana səfəri çərçivəsində paytaxt Sofiya şəhərində Bolqarıstan Respublikasının regional inkişaf və ictimai işlər naziri İvan İvanov ilə görüşüb
Komitə sədri Anar Quliyev Bolqarıstana səfəri çərçivəsində paytaxt Sofiya şəhərində Bolqarıstan Respublikasının regional inkişaf və ictimai işlər naziri İvan İvanov ilə görüşüb

Görüşdə iki ölkə arasında şəhərsalma, ərazi planlaşdırılması, infrastrukturun inkişafı və memarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Anar Quliyev Azərbaycan ilə Bolqarıstan arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini vurğulayaraq, ikitərəfli əlaqələr baxımından qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi prosesinin davam etdirilməsinin və ortaq layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin əhəmiyyətini qeyd edib.

 

Nazir İvan İvanov isə öz növbəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirərək, xüsusilə şəhər mühitinin dayanıqlı inkişafı və infrastruktur layihələrinin icrası istiqamətində birgə təşəbbüslərin önəmini vurğulayıb.

 

Sonda Komitə sədri bolqarıstanlı həmkarlarını WUF13-də iştirak üçün Bakıya dəvət edib.



All news