Komitə sədri Monqolustan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Yanvarın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Monqolustan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə səmimi görüş keçirib.
Görüş zamanı Monqolustanın WUF13-də iştirak məsələləri, davamlı şəhər inkişafı ilə bağlı mövcud məsələlərə toxunulub, ölkələrimizin şəhərsalma siyasətləri ilə bağlı yanaşmalara dair fikir mübadiləsi aparılıb.
Anar Quliyev səfirə Azərbaycandakı diplomatik missiyasının başa çatması münasibətilə ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə səmimi minnətdarlığını bildirib və ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayıb.
All news