WUF13-ə hazırlıq prosesi müzakirə olundu: Anar Quliyev Anaklaudia Rossbax ilə görüşdü
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev martın 12-də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rossbax ilə məhsuldar görüş keçirib.
Görüş zamanı may ayında Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13Azerbaijan) hazırlıq prosesi müzakirə olunub. Qeyd edilib ki, qarşıdan gələn tədbirə beynəlxalq maraq yüksəkdir və bu günədək artıq 15 000-ə yaxın iştirakçı qeydiyyatdan keçib. Həmçinin Forumun təşkilinə dair əsas məsələlər və hazırlıq çərçivəsində qarşıda duran addımlardan danışılıb. Anar Quliyev bildirib ki, WUF13 dayanıqlı şəhər inkişafı və mənzil siyasəti ilə bağlı qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma olacaq.
Eyni zamanda, Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən birgə layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
All news