Azərbaycan Hökumətlərarası İşçi Qrupun həmsədri qismində birgə bəyannamə təqdim edib
Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumu (AUF2) çərçivəsində “Mənzil və şəhər inkişafı üçün innovativ maliyyələşmə: dövlət-özəl tərəfdaşlığı” mövzusunda Nazirlər Sessiyasında “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri qismində Komitə sədri Anar Quliyev tərəfindən Azərbaycan Respublikası və Somali Federativ Respublikası adından Birgə Bəyannamə təqdim edilib.
Anar Quliyev dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, iqlim və qarışıq maliyyələşdirmə mexanizmləri, həmçinin uzunmüddətli mənzil əlçatanlığını təmin edən davamlı modellərin formalaşdırılmasının əhəmiyyətini xüsusi vurğulayıb.