Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Komitə sədri Şabran, Xızı və Siyəzən rayon sakinləri ilə görüşəcək
Komitə sədri Şabran, Xızı və Siyəzən rayon sakinləri ilə görüşəcək

Komitə sədri Anar Quliyev 30 yanvar 2026-cı il tarixində Şabran, Xızı və Siyəzən rayonlarından olan sakinləri qəbul edəcək.

 

Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Şabran şəhərində baş tutacaq.

 

Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

 

Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 578, 599, 163) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.



Все новости