Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Koreyada “Ağıllı şəhər” layihələri ilə tanış olublar
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Koreyada “Ağıllı şəhər” layihələri ilə tanış olublar

Koreya Respublikasında K-City Network 2022 – “Ağıllı şəhər” layihələrinə texniki yardım proqramı çərçivəsində səfər təşkil edilib. Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi (MOLIT) və Koreya Xarici İnfrastruktur və Şəhərsalma Korporasiyasının (KIND) dəstəyi ilə baş tutan səfərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən mütəxəssislər iştirak ediblər. 

 

Proqram çərçivəsində iştirakçılar Koreya Sürətli Yollar Korporasiyası (Korean Expressway Corporation), Yeni şəhər Donqtan (Dongtan new town), Yaşıl qüllə Panqyo (Pangyo Clean Tower), Osan ağıllı şəhər idarəetmə mərkəzi (Osan Smart City Integrated Operation Center), Gimje ağıllı kənd təsərrüfatı mərkəzi (Gimje Smart Farm), Seul Innovativ Enerji Mərkəzi (Seoul Energy Dream Center) və İnçon Azad İqtisadi Zonaya (IFEZ - Incheon Free Economic Zone) səfər ediblər. 

 

Mütəxəssislər Koreya Respublikasında nəqliyyatın idarə edilməsi, kamera nəzarət sistemi ilə təhlükəsizliyin təmin edilməsi, günəş enerjisindən istifadə, tullantıların təkrar emalı və ya onlardan enerjinin əldə olunması yolları, o cümlədən digər “Ağıllı şəhər” həlləri ilə tanış olub və bu istiqamətdə qazanılmış təcrübə ətrafında fikir mübadiləsi aparıblar.

 



Bütün xəbərlər