Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Baş plan nədir? 

Baş plan-şəhərin uzun müddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədidir. Baş planın hazırlanması şəhər ərazi vahidi daxilində məskunlaşma ərazilərinin planlaşdırılmasını nəzərdə tutur. Baş planda şəhərətrafı ərazilərdə ayrı-ayrı yaşayış məntəqələri də daxil edilir ki, bu  ərazilərə də məskunlaşma prosesinin tələbləri şamil edilir.

 

Baş planın işlənilməsi mərhələsinə şəhər sərhədlərinin dəyişdirilməsi, bu sərhədlər daxilinə yeni yaşayış məntəqlərinin salınması prosesi aiddir. 

 

Baş planda xəritə-sxem üzərində əsas tikinti obyektlərinin yerlərinin təyin olunması öz əksini tapır. Təyin olunmuş şəhər ərazilərinin sərhədlərində həmçinin elektrik, istilik, qaz və su təchizatı da proqnozlaşdırılmış əhali sayını nəzərə alaraq öz həllini tapır.

 

Eyni zamanda avtomobil yolları, ictimai nəqliyyat, körpülər və bu kimi nəqliyyat mühəndis qurğularının da planlaşdırılması baş planda nəzərdə tutulur. Bütün bu həllər yerli özünüidarəetmə strukturları ilə razılaşdırılır. Baş plan mövcud vəziyyətə görə xəritə və ya sxem üzərində ərazi planlaşdırılması prosesini həyata keçirir. Baş planın məzmun və mahiyyətində ərazi planlaşdırılması haqqında mövcud qanunverici aktlar nəzərə alınır.

 

Baş planda nəzərdə tutulan perspektiv inkişaf planının icra olunması fəaliyyət növlərinə görə zamanla mərhələlərlə həyata keçirilir.

 

Baş planlarla tanış olun