Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Dövlət Televiziyasının “Günün Nəbzi” verilişinin qonağı olub
Sədr Samir Nuriyev şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli Fərmanının icrası, habelə Bakı şəhərinin Baş planının hazırlanması və şəhərsalma fəaliyyəti ilə bağlı digər sualları cavablandırıb.