Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Quba rayonunda vətəndaşlarla görüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Quba rayonunda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam edir. Cari ayın cədvəlinə uyğun olaraq oktyabr ayının 14-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi hörmətlə yad edilib.

Quba rayonu Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bir qismi yerində həll edilib, digərlərinin araşdırılması məqsədilə aidiyyəti üzrə yönləndirilib.



Bütün xəbərlər