Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
26 sentyabr tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiya Regionunun İnfrastruktur bölməsi üzrə Baş Bankiri Yelena Qordeyeva, Qafqaz regional ofisinin direktoru Katarina Hansen və Bakı ofisinin Baş Bankiri Sanjar Usmanovun daxil olduğu nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalmanın planlaşdırılması, o cümlədən Bakının Baş planının hazırlanması və paytaxtın gələcək inkişafının əsas prioritetləri barədə fikir mübadiləsi aparılmışdır. Qurumlar arasında perspektiv əməkdaşlıq istiqamətləri mövzusunda müzakirələr çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl şəhər” layihəsi barədə məlumat verilmiş, şəhərsalmanın planlaşdırılmasında ətraf mühitin qorunması və sağlamlaşdırılması, enerji səmərəliliyinin və dayanıqlığın təmin olunmasının Komitənin əsas hədəflərindən biri olduğu qeyd edilmiş, bu sahədə strateji layihələrin işlənməsinin əhəmiyyəti vurğulanmışdır.
Bütün xəbərlər