Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Xaçmaz şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam edir. Növbəti qəbul 31 may tarixində Xaçmaz şəhərində keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla yad edilib. Komitə sədri Anar Quliyev Heydər Əliyev Mərkəzində Ulu öndərin ömür yolunu və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub.
Sonra Mərkəzdə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilərək izahatlar verilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində həllini tapıb, digərlərinin isə araşdırılaraq həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Sakinlər vətəndaşlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Bütün xəbərlər