Komitə sədri Misir Ərəb Respublikasının Mənzil, kommunal və şəhər icma işləri naziri ilə görüşüb
Komitə sədri Anar Quliyev 12-ci Ümumdünya Şəhərsalma Forumu (WUF12) çərçivəsində Misir Ərəb Respublikasının Mənzil, kommunal və şəhər icma işləri naziri cənab Şərif El Şerbini ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında dayanıqlı şəhərsalma və infrastruktur sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Anar Quliyev şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik olan WUF12-nin uğurlu təşkili münasibətilə təbriklərini çatdıraraq, 2026-cı ildə Bakıda baş tutacaq WUF13-ün hazırlıqlarında Azərbaycanın Misirin təcrübəsindən geniş faydalanacağına əminliyini ifadə edib.
Bütün xəbərlər