Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Komitə sədrinin növbəti vətəndaş qəbulu Şamaxı şəhərində keçiriləcək
Komitə sədrinin növbəti vətəndaş qəbulu Şamaxı şəhərində keçiriləcək

Komitə sədri Anar Quliyev 12 iyun 2026-cı il tarixində Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan sakinləri qəbul edəcək.

 

Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Şamaxı şəhərində baş tutacaq.

 

Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

 

Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 578, 599, 163) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.



Bütün xəbərlər