Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

WUF13 çərçivəsində Assambleyaların birgə açılış sessiyası keçirilib
WUF13 çərçivəsində Assambleyaların birgə açılış sessiyası keçirilib

Sessiyada çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun inklüziv dialoq və əməkdaşlıq platforması kimi əhəmiyyətini vurğulayıb.

 

Qeyd olunub ki, Assambleyalar qadınların, gənclərin, uşaqların, vətəndaş cəmiyyətinin, özəl sektorun və yerli idarəetmə qurumlarının bir araya gələrək şəhərlərin gələcəyi ilə bağlı ortaq baxış və təşəbbüslərin formalaşdırıldığı mühüm platformadır.

 

“Bütün bu səslər – qadınlar, gənclər, vətəndaş cəmiyyəti, biznes və yerli idarəetmə birlikdə çalışdıqda, şəhərlər daha güclü, daha inklüziv və gələcəyə daha hazırlıqlı olur.” – deyə Anar Quliyev bildirib.



Bütün xəbərlər