Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (sonradan Komitə), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.04.2019-cu il tarixli 225 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “2019-cu ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən şəhərsalma işlərinin Dövlət Sifarişi”nin icrası ilə əlaqədar “Gəncə şəhərinin Baş planının layihəsinn tərtibi” işlərinin satın alınması məqsədilə keçirilən açıq tenderə təkliflər təqdim etməyə dəvət edir.

Açıq tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun şərtləri əsasında 1 lot üzrə keçirilir.

Açıq tenderdə, ərazi planlaşdırma (Baş planların) sənədlərinin hazırlanması sahəsində müfaviq beynəlxalq təcrübəyə və təcrübəli mütəxəssislərə malik texniki və maliyyə imkanları, idarəetmə səriştəsi, peşəkarlığı və satınalma müqaviləsini bağlamaq səlahiyyəti olan, vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmayan hüquqi şəxslər iştirak edə bilərlər. Görüləcək işlərin tərkibi və həcmi haqqında ətraflı məlumat layihə tapşırığında verilir.

Tenderdə iştirak etmək istəyənlər Komitəyə yazılı müraciət etdikdən və aşağıda qeyd edilmiş bank hesabına 850 (səkkiz yüz əlli) Azərbaycan manatı və ya 500 (beş yüz) ABŞ dolları məbləğində geri qaytarılmayan iştirak haqqını ödədikdən sonra Azərbaycan və ingilis dillərində tərtib edilmiş açıq tenderin əsas şərtlər toplusunu ala bilərlər:

             Azərbaycan manatı ilə ödənişlər üçün:

            Ödənişi alan təşkilatın adı: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

            VÖEN: 1400032621;

            Hesab: AZ73CTRE00000000000002278501;

            Təsnifat kodu: 142340, səviyyə kodu: 7

            Bankın rekvizitləri:

            Adı: Dövlət Xəzinədarlıq Agentliyi;

            Bankın ünvanı: AZ1007, Bakı şəhəri, S.Rüstəm küçəsi, 54;

            Kodu: 210005;          

            VÖEN: 1401555071;

            Müxbir hesabı: AZ41NABZ01360100000000003944                            

            SWIFT.BİK.CTREAZ22.

           

            ABŞ dolları ilə beynəlxalq ödənişlər üçün:

       Ödənişi alan təşkilatın adı: AR MN DXA 1 SAYLI X.İ (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi)

            VÖEN: 1400032621;

            Hesab: AZ23IBAZ36020018409328518204;

            Təsnifat kodu: 142340, səviyyə kodu: 74

            Bankın rekvizitləri:

            Adı: Azərbaycan Beynəlxalq Bankının Mərkəz filialı4

            Ünvanı: Bakı şəhəri, Z. Tağıyev küçəsi, 3;

            Kodu: 805722;

            VÖEN: 9900001881;

            SWIFT kodu: IBAZAZ2X;   

            Müxbir bank: Citibank NA, Nyu York;

            SWIFT. kodu: CITIUS33;

            Müxbir hesab: USD 36083186.

Əlavə digər müxbir banklar:

Adı

SWIFT. kodu

American Express Bank LTD, Nyu York

AEIBUS33

Deutche Bank Trust Company Americas, Nyu York

BKTRUS33

JP MORGAN Chase Bank, Nyu York

CHASUS33

Wachovia Bank NA, Nyu York

PNBPUS3NNYC

HSBC Bank USA, Nyu York

MRDMUS33

UBS AG, Sürix

UBSWCHZH80A

Turkiye İş Bankasl A.S., İstanbul

ISBKTRIS

ABB MOSCOW, Moskva

IBAZRUMM

                       

Ödəniş sənədində maliyyələşdirmənin məqsədi “Gəncə şəhərinin Baş planının layihəsinin tərtibi işlərinin satın alınması üzrə keçirilən açıq tenderdə iştirak haqqı” göstərilməlidir.

Təqdim olunmuş ərizə əsasında iştirakçılara açıq tenderin əsas şərtlər toplusu elektron şəkildə göndəriləcəkdir.

İddiaçı öz təklifində satınalma müqaviləsi ilə əlaqədar tətbiq olunacaq bütün növ vergiləri (ƏDV daxil olmaqla) nəzərə almalıdır.

Tenderdə iştirak etmək istəyənlər iddiaçı kimi qeydiyyata alınması üçün 29 oktyabr 2019-cu il yerli vaxtla saat 18:00-dək Komitənin inzibati binasına və ya poçt ünvanına (tender təklifi və tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır);
  5. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;
  6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  8. İddiaçının son bir ildəki fəaliyyəti barədə vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  9. İddiaçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanından arayış;
  10. Tenderdə iştirak etmək istəyən iddiaçı və yaxud konsorsium qismində iştirak edən iddiaçıların hər hansı biri tərəfindən şəhərsalma sənədlərinin hazırlanması üzrə xüsusi razılıq (lisenziya) sənədinin surəti;
  11. İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, əmlakın girov qoyulması və digər formada öhdəliklərə yüklənməməsi, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə şirkətin özü tərəfindən verilmiş arayış, habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.

Sənədlər iki nüsxədə (əsli və surəti) olmaqla tərtib edilməlidir. Xarici ölkələrdən olan iddiaçıların təqdim etdikləri sənədlərlə birlikdə həmin sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi əlavə edilməlidir.

İddiaçılar ixtisas dərəcələrinin artırılması məqsədilə konsorsium yarada bilərlər. Bu halda, 1-11-ci bəndlərdə qeyd olunan sənədlərdən əlavə, həmçinin konsorsium yaradılması barədə müqaviləni, eləcə də konsorsium iştirakçısı olan hər bir şirkət barədə 6-11 bəndlərində göstərilən sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını bağlanmış, imzalanmış və möhürlənmiş ikiqat zərfdə 07  noyabr 2019-cu il yerli vaxtla saat 16:00-a qədər Komitənin Azərbaycan Respublikası, Bakı şəhəri, Füzuli küçəsi, 65 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Xarici ölkə iddiaçılarının tender təklifləri Azərbaycan və İngilis dillərində, iki nüsxədə (əsli və surəti olmaqla) tərtib edilməlidir.

İddiaçıların tender təklifi təklif zərflərinin açıldığı tarixdən sonra azı 30 bank günü (ən azı 24.12.2019-cu il tarixinə kimi) qüvvədə olmalıdır, tender təklifi qiymətinin 1%-i həcmində bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox (ən azı 11.02.2020-ci il tarixinə kimi) olmalıdır.

İddiaçıların təklifləri olan zərflərin açılışı 08 noyabr 2019-cu il yerli vaxtla saat 16:00-da yuxarıda göstərilən ünvanda keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər:

İddiaçılar bu tenderin əsas şərtlər toplusunda göstərilmiş keyfiyyət və qiymət seçim (KQS) üsuluna əsasən seçiləcəkdir.

Tender təklifi texniki və maliyyə təkliflərindən ibarət olmalıdır.

Texniki təklifin qiymətləndirmə meyarları:

-iddiaçının analoji təcrübəsi – 30 bal;

-təklif olunan iş planı və metodikanın layihə tapşırığına uyğunluğu – 20 bal;

-əsas heyətin (mütəxəssislərin) ixtisas dərəcəsi və təcrübəsi – 40 bal;

-yerli məsləhətçi şirkətinin iştirakı – 10 bal.

Texniki qiymətləndirmənin minimal keçid balı – 70 bal.

Maliyyə təklifinin qiymətləndirmə meyarı - ən aşağı qiymətdir.

Açıq tender elanı http://etender.gov.az/ rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Əlaqələndirici şəxs – Günel Məlikova.

Telefon:  (+99412) 493-34-67 (dax.129)

Faks:       (+99412) 498-14-14

Email:      masterplan@arxkom.gov.az

Ünvan:    AZ1014, Bakı şəhəri, Füzuli küçəsi, 65.

 

TENDER KOMİSSİYASI