Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün ayrılmış vəsait hesabına Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (Komitə) inzibati binasında aparılan təmir işlərinin davamı olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında Komitənin inzibati binasında əsaslı təmir işlərinin satın alınması məqsədilə açıq tender keçirilir.

Komitənin inzibati binasında əsaslı təmir işləri müqavilə imzalandıqdan sonra müəyyən olunmuş qrafik əsasında 1il ərzində yerinə yetirilib tamamlanmalıdır.

Görüləcək işlərin tərkibi və həcmi haqqında ətraflı məlumat texniki tapşırıqda verilir.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq tenderin əsas şərtlər toplusunu Komitənin aşağıda qeyd olunmuş hesabına 300 (üç yüz) AZN məbləğində iştirak haqqını ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı (PORTAL) vasitəsilə əldə edə bilərlər:

Hesab: MN DXA-nın 1 saylı Xəzinədarlıq İdarəsi;

hesab №-si AZ31IBAZ36010059449328518204, VÖEN: 1700986181;

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Müxbir hesabı: AZ03NABZ01350100000000002944, SWIFT.BİK.IBAZAZ2X;

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesablaşma hesabı: AZ31IBAZ36010059449328518204, VÖEN: 1400032621;

Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı, Kodu 805722, VÖEN: (bank) 9900001881.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Ödəniş sənədində məqsədli maliyyələşmə olması göstərilməlidir.

Tenderdə iştirak edən iddiaçının təmir-tikinti işlərinin yerinə yetirilməsi sahəsində texniki imkanlarının, maşın-mexanizmlərinin, işçi qüvvəsi və onların peşəkarlığının, idarəetmə səriştəsi, işçilərinin təcrübəsi və satınalma müqaviləsini bağlamaq səlahiyyətinin, vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması, son beş ildə ən azı iki analoji obyektdə əsaslı təmir-tikinti işlərinin icraçısı kimi təcrübənin olması tələb olunur.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər 30 oktyabr 2019-cu il yerli vaxtla saat 16:00-dək, aşağıda qeyd edilmiş sənədləri satınalma Portalına yerləşdirməli, eyni zamanda kağız daşıyıcıda Komitəyə təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (əsli);

-iştirakçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iştirakçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iştirakçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iştirakçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamasına dair müvafiq təşkilatlardan arayışlar;

-müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;

-müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq  lisenziyanın surəti.

-İddiaçılar tender təklifi və tender təklifi qiymətinin 1 (bir) faizi həcmində bank təminatını Portal vasitəsilə, eyni zamanda əsli və surəti omaqla bağlanmış, imzalanmış və möhürlənmiş ikiqat zərfdə 08 noyabr 2019-cu il yerli vaxtla saat 16:00 kimi, Bakı şəhəri, Füzuli küçəsi, 65 ünvanında yerləşən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etməlidirlər.

İddiaçı öz tender təklifində satınalma müqaviləsi ilə əlaqədar tətbiq olunacaq bütün növ vergiləri (ƏDV daxil olmaqla) nəzərə almalıdır.

İddiaçının tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü (25 dekabr 2019-cu il tarixinə kimi) qüvvədə olmalıdır, tender təklifi ilə birlikdə təqdim olunan tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatının qüvvədə olma müddəti  isə tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır (14 fevral 2020-ci il tarixinə kimi).

Sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsli və surəti olmaqla) tərtib edilməlidir.

İddiaçılar bu tenderin əsas şərtlər toplusunda göstərilmiş keyfiyyət və qiymət seçim üsuluna (KQS) əsasən seçiləcəkdir. İddiaçıların təklifinin qiymətləndirilməsi zamanı satınalan təşkilat xarici iddiaçıların tender təklifləri (idxal olunan mallar, işlər və xidmətlər üzrə) ilə müqayisədə yerli iddiaçıların tender təkliflərinin (mallar, işlər və xidmətlər üzrə)  xeyrinə 20 faizə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir.

Göstərilən vaxtdan gec təqdim edilmiş təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

İddiaçıların tender təklifləri olan zərflərin açılışı 12 noyabr 2019-cu il tarixində yerli vaxtla saat 16:00-da Bakı şəhəri, Füzuli küçəsi, 65, III mərtəbədə yerləşən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iclas zalında Portal üzərindən keçiriləcəkdir.

İddiaçılar zərflərin açılış prosedurunda iştirak edə bilər yaxud Portal vasitəsilə açılışın nəticələri ilə tanış ola bilərlər.

Tender haqqında əlavə məlumat almaq üçün:

Telefonlar: 595-89-34 əlavə 182

Əlaqələndirici şəxs - E.Kazımlı                

Tender komissiyası