Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Bakı şəhərinin Baş planının hazırlanması” üzrə layihə işlərinin satın alınması məqsədilə 19.02.2019-cu il tarixində keçirilmiş açıq tender prosedurunun nəticəsinə əsasən AS+P Albert Speer+Partner GmbH şirkəti qalib müəyyən edilmiş və həmin şirkətlə 6 391 231,0 (Altı milyon üç yüz doxsan bir min iki yüz otuz bir) ABŞ dolları məbləğində satınalma müqaviləsi bağlanmışdır.