Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 02 aprel 2019-cu il tarixində kotirovkalar sorğusu metodu ilə keçirilmiş satınalma prosedurunun nəticəsinə əsasən 2019-cu il ərzində Komitənin aparatı üçün tələb olunan Lot-1 dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 13378,00 manat, Lot-2 mətbəə işlərinin satın alınması üzrə  17898,50 manat, Lot-3 mal-materialların satın alınması üzrə  10776,20 manat və Lot-4 avadanlıqların satın alınması üzrə 12980,00 manat məbləğində kotirovka təklifləri təqdim etmiş AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 116, mənzil 3 ünvanında yerləşən “Aqava” MMC, Lot-5 digər maşın və avadanlıqların satın alınması üzrə 19979,76 manat məbləğində kotirovka təklifi təqdim etmiş AZ1014, Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 309, mənzil 1 ünvanında yerləşən “STTECH” MMC qalib müəyyən edilmişdir.

Qeyd olunan qalib təşkilatlarla satınalma müqavilələri imzalanmışdır.