Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Komitə) 2019-cu ilin tələbatı üçün büdcə təsnifatının 314400 – “İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər” maddəsi üzrə proqram təminatlarının və 282100 – “Sair xərclər” maddəsi üzrə şəhərsalma və tikintiyə dair dövlətlərarası tikinti normaları sənədlərinin (6 ədəd) rus dilindən Azərbaycan dilinə autentik tərcüməsi işlərinin satın alınması ilə əlaqədar kotirovka sorğusu elan edir.

Satınalma prosedurunda iştirak etmək istəyənlər vergi və rüsumları nəzərə almaqla təkliflərini möhürlənmiş, bağlı zərfdə 20.05.2019-cu il tarixində saat 18.00-a kimi Komitəyə təqdim etməlidirlər. Zərflərin açılış proseduru 21.05.2019-cu il tarixində saat 11:00-da Komitənin iclas zalında keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Satınalmalarla bağlı ödənişlər ayrılmış vəsaitə uyğun köçürmə yolu ilə həyata keçiriləcəkdir.

Satınalma prosedurlarının şərtləri barədə məlumat almaq üçün (012) 493-34-67 (daxili 182) nömrəli telefonla əlaqələndirici şəxs Elçin Kazımlıya müraciət oluna bilər.

Ünvan: AZ 1014, Bakı şəhəri, Füzuli küçəsi, 65.