Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Komitə) 2019-cu ilin tələbatı üçün ayrılmış əlavə vəsait hesabına Lot-1“Dəftərxana və təsərrüfat xərcləri”, Lot-2 “Mətbəə xərcləri”, Lot-3 “İdarənin xərcləri”, Lot-4 “Avadanlığın alınması” Lot-5 “İnvertarın alınması” Lot-6 “Digər maşın və avadanlıqlar”ın və Lot-7 “İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər”in satınalınması ilə əlaqədar kotirovka sorğusu elan edir.
Satınalma prosedurunda iştirak etmək istəyənlər vergi və rüsumları nəzərə almaqla təkliflərini möhürlənmiş, bağlı zərfdə 02.09.2019-cu il tarixində saat 18.00-a kimi Komitəyə təqdim etməlidirlər. Zərflərin açılış proseduru 03.09.2019-cu il tarixində saat 11:00-da Komitənin iclas zalında keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Satınalmalarla bağlı ödənişlər ayrılmış vəsaitə uyğun köçürmə yolu ilə həyata keçiriləcəkdir.
Satınalma prosedurlarının əsas şərtləri barədə məlumat almaq üçün (+994 12) 595-13-50 (daxili 182) nömrəli telefonla əlaqələndirici şəxs Elçin Kazımlıya müraciət oluna bilər.
Ünvan: AZ 1014, Bakı şəhəri, Füzuli küçəsi, 65.