Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Aparatın saxlanılması üçün 2020-ci il tələbatı üçün ayrılmış vəsait hesabına Lot-1 “Dəftərxana və təsərrüfat” və Lot-2 “Mətbəə məhsulları” üzrə malların satınalınması ilə əlaqədar kotirovka sorğusu elan edir.
Satınalma prosedurunda iştirak etmək istəyənlər vergi və rüsumları nəzərə almaqla təkliflərini möhürlənmiş, bağlı zərfdə 14.02.2020-ci il tarixində saat 13.00-a kimi Komitəyə təqdim etməlidirlər. Zərflərin açılış proseduru 14.02.2020-ci il tarixində saat 17:00-da Komitənin iclas zalında keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Satınalmalarla bağlı ödənişlər ayrılmış vəsaitə uyğun köçürmə yolu ilə həyata keçiriləcəkdir.
Satınalma prosedurlarının əsas şərtləri barədə məlumat almaq üçün (+994 12) 595-13-50 (daxili 182) nömrəli telefonla əlaqələndirici şəxs Elçin Kazımlıya müraciət oluna bilər. Ünvan: AZ 1014, Bakı şəhəri, Füzuli küçəsi, 65.
Tender komissiyası