Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 6 dekabr 2024-cü il tarixində İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 597 00 47, (+994 12) 595 13 50 (daxili:578, 599) nömrəli telefonları, sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
Ünvan: İsmayıllı şəhəri
Keçirilmə vaxtı: saat 10:00