Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mövcud vakant vəzifələrin tutulması məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ÜMUMİ MÜSAHİBƏ və MÜSABİQƏ üzrə MÜSAHİBƏ elan edir. Sənəd qəbulu ümumi müsahibə üzrə 25 noyabr 2019-cu il, müsabiqənin müsahibə mərhələsi üzrə 05 dekabr 2019-cu il tarixinədək davam edəcəkdir.
Vakant vəzifələr barədə ətraflı məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
ümumi müsahibə: http://eservices.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=338
müsabiqə üzrə müsahibə: http://eservices.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=339