Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir.

 

Bununla əlaqədar məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinin tikintisinə dair müraciətlərə yerli icra hakimiyyəti orqanları tərəfindən baxılır. Yuxarıda qeyd edilmiş parametrlərə uyğun olmayan fərdi yaşayış evlərinə münasibətdə tikintiyə icazə icraatı tətbiq edilir.