Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulmuş obyektlərin layihələri istisna olmaqla (ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələri), aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir:

  • Tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrihəmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından;
  • Dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin tikinti layihələri və smetalarıbu Məcəllənin 88.1.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə həm də həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından;

Ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanaqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Məcəllənin 88.1.1-ci və 88.1.2-ci  maddələrində nəzərdə tutulmuş mənada təkrar ekspertizdan keçirilir.