- Obyektin tikintisinə icazənin surəti;
- Sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
- Tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması (kənd ərazisi olduqda kənd ərazisinin yerquruluşu planından çıxarış);
- Tikinti layihəsinin memarlıq - planlaşdırma bölməsi;
Tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə):
- yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (ayrıc aktı),
- ərazinin situasiya planı,
- təyinatı barədə məlumat;
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi.