Anar Quliyev WUF13 çərçivəsində keçirilən Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşünün bağlanış sessiyasında çıxış edib
Mayın 18-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev WUF13 çərçivəsində keçirilən Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşünün bağlanış sessiyasında çıxış edib.
Anar Quliyev qeyd edib ki, bu gün Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpası dayanıqlı inkişaf prinsipləri, müasir urbanistik yanaşmalar və rahat yaşayış mühitinin formalaşdırılması əsasında həyata keçirilir. O bildirib ki, reallaşdırılan layihələr təkcə yeni infrastruktur yaratmır, eyni zamanda iqtisadi artım, sosial inteqrasiya və gələcək nəsillərin həyat keyfiyyətinin yüksəldilməsi üçün möhkəm təməl formalaşdırır.
“Qarabağın və Şərqi Zəngəzurun bərpası göstərdi ki, şəhərsalma və mənzil siyasəti yalnız texniki məsələlər deyil, həm də dayanıqlılıq, sabitlik və uzunmüddətli inkişafın strateji alətləridir.” – deyə Anar Quliyev vurğulayıb.
All news