COP29 Azerbaijan çərçivəsində “Bakıdan Belenə: şəhərlər, urbanizasiya və çoxsəviyyəli iqlim gündəliyi” mövzusunda dəyirmi masa keçirilib
Noyabrın 13-də COP29 Azerbaijan çərçivəsində “Bakıdan Belenə: şəhərlər, urbanizasiya və çoxsəviyyəli iqlim gündəliyi” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Komitə sədri Anar Quliyev şəhərlərin iqlim dəyişikliyi ilə mübarizədə oynadığı mühüm rolundan danışıb.
Bakı, Kuala Lumpur, Tokio və növbəti il COP30-a ev sahibliyi edəcək Braziliyanın Belen şəhər rəhbərlərinin, bir çox milli hökumətlərin və beynəlxalq təşkilatların iştirakı və UN-HABITAT sədrliyi ilə məhsuldar müzakirələr aparılıb.
Komitə sədri qarşıya qoyulan öhdəliyin təkcə iqtisadi artımı deyil, həm də sosial ədaləti və ətraf mühitin qorunmasını təmin edən dayanıqlı və inklüziv şəhərləri inkişaf etdirmək olduğunu vurğulayıb.
All news