COP29-da Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun açılışı baş tutub
Bu gün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə birlikdə COP29-da Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun rəsmi açılışında iştirak ediblər. Bu Pavilyonun açılması Azərbaycan, Türkiyə, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Yerli Ətraf Mühit Təşəbbüsləri üzrə Beynəlxalq Şura (ICLEI) arasında yaxın və məhsuldar əməkdaşlığın nəticəsidir.
Bu təşəbbüs növbəti iki həftə ərzində dayanıqlı şəhərsalma, ətraf mühitin qorunması və iqlim siyasəti sahələrində təcrübə mübadiləsi və yeni həllərin inkişafı üçün vacib bir platforma olacaq.
All news