Komitə sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rozbax ilə görüşüb
WUF12 çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rozbax ilə görüşərək, Qahirədə keçirilən Ümumdünya Şəhərsalma Forumunun mükəmməl təşkilinə görə minnətdarlığını bildirib.
O, Forumun dayanıqlı şəhər inkişafı sahəsində bilik və ən yaxşı təcrübələrin bölüşməsi üçün dəyərli bir platforma olduğunu vurğulayıb. Həmçinin 2026-cı ildə Bakıda keçiriləcək WUF13 üçün hazırlıqlara başlamağı səbirsizliklə gözləyidiyini deyərək, bütün iştirakçılar üçün olduqca faydalı və uğurlu tədbir keçiriləcəyinə əminliyini ifadə edib.
All news