Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

Komitə sədri Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb
Komitə sədri Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb

Fevralın 12-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.

 

Ölkəmizə yeni təyinatı münasibətilə Sunniya Durrani-Camalı təbrik edən A.Quliyev AİB-in dəstəyi ilə həyata keçirilən Milli Şəhər Qiymətləndirməsinin və BIM texnologiyalarının tətbiqi üzrə aparılan işlərin önəminə toxunaraq, Komitənin AİB ilə Azərbaycanda davamlı şəhər iqtisadiyyatı, “yaşıl” infrastrukturun təşviqi, binaların enerji səmərəliliyi və ümumilikdə şəhərsalma sahəsinin inkişafı istiqamətlərində əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsində marağını bildirib.

 

Tərəflər həmçinin cari və perspektiv layihələri, beynəlxalq təcrübə mübadiləsi imkanlarını, habelə innovasiyaların tətbiqi məsələlərini müzakirə ediblər.

 

Sonda Anar Quliyev qonağımızı böyük məmnuniyyətlə 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etməyə dəvət edib.



All news