Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Master plan of Baku
  • Komitə sədri Belarusun ölkəmizdəki səfiri ilə şəhərsalma sahəsində əməkdaşlığın perspektivlərini m...
Komitə sədri Belarusun ölkəmizdəki səfiri ilə şəhərsalma sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib
Komitə sədri Belarusun ölkəmizdəki səfiri ilə şəhərsalma sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Martın 5-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçlə görüşüb.

 

Azərbaycan Respublikasında yeni təyinatı münasibətilə qonağı təbrik edən Anar Quliyev qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Belarus əlaqələrinin dövlət başçılarının səmimi dostluq münasibətləri zəminində yüksək dinamika ilə inkişaf etdiyini bildirib.

 

Komitə sədri son illər ərzində ölkəmizdə şəhərsalma və memarlıq sahəsində görülən işlər barədə ətraflı məlumat verərək, Belarusun müvafiq qurumları ilə sıx əməkdaşlığın uğurlu nəticələrindən bəhs edib. Ötən il bağlanmış müvafiq saziş əsasında Ağdam rayonu Qızıl Kəngərli kənd yaşayış məntəqəsinin aqrar şəhərcik formatında layihələndirilməsinin iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti xüsusilə vurğulanıb.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir öz növbəsində yaşayış məntəqələrinin və tikinti obyektlərinin layihələndirilməsi üzrə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.



All news