Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Master plan of Baku
  • Komitənin sədri Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının icraçı direktorunu...
Komitənin sədri Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Komitənin sədri Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə BMT ilə Azərbaycan hökuməti arasında imzalanmış müxtəlif əməkdaşlıq sənədləri əsasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə icrasının sürətləndirilməsi, habelə 11-ci məqsəd - “Dayanıqlı şəhərlər və icmalar” haqqında geniş fikir mübadiləsi aparılıb. Yüksək qonağa ölkəmizdə şəhərsalma və ərazi planlaşdırılması sahəsində həyata keçirilən fəaliyyət, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması üzrə Komitə tərəfindən icra edilən işlərə dair ətraflı məlumat verilib. Bildirilib ki, ərazi planlaşdırma sənədlərinin hazırlanması zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürülməklə şəhər və digər yaşayış məntəqələrinin açıqlığı, təhlükəsizliyi, davamlılığı və ekoloji dayanıqlılığı məsələlərinə xüsusi diqqət ayrılır.

Görüş zamanı BMT-nin Məskunlaşma Proqramı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında “Yeni Şəhər Gündəliyi” sənədinin icrası üzrə Azərbaycan tərəfinin “Könüllü Hesabatı”nın tərtib edilməsi, milli şəhərsalma siyasətinin formalaşdırılması, müvafiq sahədə DİM-lərin lokallaşdırılması, birgə tədbirlərin təşkili və aidiyyəti sahələr üzrə kadr potensialının artırılması üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı maraq ifadə edilib.    



All news