Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

Sabirabadın yeni Baş planı 2038-ci ilə qədərki dövrü əhatə edəcək
Sabirabadın yeni Baş planı 2038-ci ilə qədərki dövrü əhatə edəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Sabirabad şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib. 2038-ci ilə qədərki dövr üçün nəzərdə tutulan Sabirabad şəhərinin sayca dördüncü Baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən işlənilib. Yeni sənədin hazırlanması müddətində şəhər üzrə aparılmış çoxsaylı ərazi təhlillərinə əsaslanaraq gələcək inkişaf prioritetləri təyin olunub.

Baş planda hesabat müddətinin sonuna kimi şəhər əhalisinin 53500 min nəfərə çatması ehtimal edilir. Bunu nəzərə alaraq yeni yaşayış sahələrinə tələbatı ödəmək məqsədi ilə çoxmərtəbəli binaların tikintisi təklif olunur, adambaşına düşən ümumi yaşayış sahəsinin 24 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur. Artım dinamikasına əsasən şəhərdə ictimai-işgüzar zonanın, yeni təhsil, səhiyyə, idman, mədəniyyət və əyləncə məkanlarının yaradılması planlaşdırılır. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqların azalmasının qarşısının alınması, tarixi ərazilərin qorunması və müasir memarlıq yanaşmalarının tətbiqi prioritet sayılır.  

Baş plan layihəsində inkişaf tempinə uyğun olaraq nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin şaxələndirilməsi, küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 9,65 km-dən 20,38 km-ə çatdırılması nəzərdə tutulub. 

Sənəddə iqtisadiyyatın və turizmin inkişafı, ekoloji vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin həlli yolları da öz əksini tapıb. Bir neçə sənaye sahəsinin birləşməsi ilə vahid yeni sənaye ərazisinin ayrılması, istirahət zonasının qurulması, şəhər ətrafında məişət tullantıları üçün müasir poliqonun yaradılması təklif edilir.



All news